Rusiya Prezidenti Vladimir Putin süni intellekt texnologiyalarının artan enerji tələbatını qarşılamaq məqsədilə böyük və kiçik atom elektrik stansiyalarının (AES) inkişaf etdirilməsi barədə tapşırıq verib.
1xeber.media xəbər verir ki, bu barədə Putin noyabrın 26-da çıxışı zamanı bildirib.
Rusiya liderinin sözlərinə görə, süni intellektin inkişafı üçün vahid, dayanıqlı və müstəqil rəqəmsal iqtisadiyyat infrastrukturu formalaşdırılmalıdır. Bu məqsədlə məlumat mərkəzlərinin tikintisi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji səmərəliliyinin artırılması və müasir soyutma sistemlərinin tətbiqi vacibdir.
Putin qeyd edib ki, bu planların həyata keçirilməsi böyük həcmdə investisiya tələb edəcək. Bununla əlaqədar o, məlumat mərkəzlərinin tikintisini sürətləndirmək və onları mövcud elektrik stansiyalarının infrastrukturuna inteqrasiya etmək üçün dövlət-özəl tərəfdaşlıq mexanizminin hazırlanmasını təklif edib.
















