Noyabrın 27-də doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə və rayonun Quzeyxırman kəndinə çatıb.
1xeber.media xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 30 nəfərdən ibarət 7 ailəyə və rayonun Quzeyxırman kəndinə köçən 71 nəfərdən ibarət 17 ailəyə mənzillərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
****
Noyabrın 27-də doğma yurdlarına yola salınan köç karvanları Ağdərə və Xocalı rayonlarının kəndlərinə çatıb.
"Unikal" xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli, Çıldıran, Kolatağ, Heyvalı kəndlərinə 98 nəfərdən ibarət 28 ailəyə, Xocalının Badara, Xanyurdu, Xanabad kəndlərinə köçən 72 nəfərdən ibarət 21 ailəyə mənzillərinin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***09:01
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun Vəngli, Çıldıran, Kolatağ və Heyvalı, Xocalı rayonunun Badara, Xanyurdu və Xanabad kəndlərinə, Xocavənd şəhəri və rayonun Quzeyxırman kəndinə növbəti köç karvanı yola salınıb.
"Unikal" xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə (42 nəfər), Çıldıran kəndinə 15 ailə (49 nəfər), Kolatağ kəndinə 2 ailə (6 nəfər), Heyvalı kəndinə 1 ailə (1 nəfər), Xocalının Badara kəndinə 4 ailə (7 nəfər), Xanyurdu kəndinə 9 ailə (32 nəfər), Xanabad kəndinə 8 ailə (33 nəfər), Xocavənd şəhərinə 7 ailə (30 nəfər), Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə (71 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.























