Yəmənin Bəlhaf limanından 64 dəniz mili (118,5 kilometr) cənub-qərbdə silahlı şəxslər yük gəmisini ələ keçiriblər.
1xeber.media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Qurumun açıqlamasına görə, naməlum silahlı şəxslər icazəsiz şəkildə gəminin göyərtəsinə qalxaraq onun idarəetməsini ələ keçiriblər.
Gəminin kapitanı hadisə barədə müvafiq qurumlara məlumat verib. Hazırda insidentin təfərrüatları araşdırılır.
UKMTO digər gəmilərə həmin ərazidən keçərkən ehtiyatlı olmağı və şübhəli fəaliyyətlər barədə məlumat verməyi tövsiyə edib.
Hadisənin noyabrın 28-də saat 06:30-da (UTC) baş verdiyi bildirilir.















