Rusiya Federasiyası Silahlı Qüvvələri (SQ) Donetsk Xalq Respublikasının Daçenskoye kəndini azad edib.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 6-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mərkəz qoşun qruplaşmasının bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində DXR-in Daçenskoye kəndi azad edilib”, - deyə idarədən bildirilib.
Bundan əlavə, Dzerjinsk, Şerbinovka, Dimitrov, Sribnoye, Andreevka, Novovasilevka, Ukrainka, Novoaleksandrovka və Şevçenko yaşayış məntəqələri ərazilərində düşmən canlı qüvvəsi və texnikası darmadağın edilib. Yaraqlıların 14 əks hücumu dəf edilib.