Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən ilin sonunda “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlara edilən dəyişiklikləri təsdiqləyib.
Sözügedən dəyişikliklər ölkə ərazisində mövcud yaşıllıqların mühafizəsi və onun məhvinə yönələn hərəkətlərin daha sərt şəkildə cəzalandırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb.
1xeber.media xəbər verir ki, ETSN-in Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova bununla bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb.
Yaşıllıqlara zərər verilməsi, ağac kəsilməsi müvafiq cəzalarla cəzalandırılır, ictimaiyyətin sərt reaksiyası ilə qarşılanır, amma yenə də belə faktlara rast gəlinir. Bu səbəbdənmi qanunvericilikdə cəzaların daha da sərtləşdirilməsinə zərurət yarandı?Bəli, təəssüf ki, yaşıllıqlara zərər verilməsi faktları var, bu və digər amillər, o cümlədən yaşıllıqların qorunması və mühafizəsinin daha da gücləndirilməsi qanunvericilikdə yeni dəyişikliklərə əsas yaradır.
yuxarı) törədildikdə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının tətbiqi nəzərdə tutulur.
Xüsusilə külli miqdarda ağac kəsilməsinə görə 259-cu maddəyə yeni bənd əlavə olunub və həmin cinayət ağır cinayət kateqoriyasına aid edilib ki, bu zaman şəxslərin dəymiş ziyanı ödəməsi onların məsuliyyətdən azad edilməsi deyil, yalnız məsuliyyətini yüngülləşdirən hal hesab olunacaq. Təqsirkarlar birmənalı olaraq məhkəmə qarşısında cavab verəcəklər.