Paytaxtın Həsən bəy Zərdabi küçəsində, metronun "20 Yanvar" stansiyası yaxınlığında 29 nömrəli marşrut avtobusu işıq dirəyinə çırpılıb.
1xeber.media Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (DYP) bildirilib ki, avtobusun işıq dirəyinə çırpılması nəticəsində iki nəqliyyat vasitəsi zərər görüb:
“Hadisə yanvarın 8-i saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib. 77 JK 251 dövlət nömrə nişanlı 29 nömrəli marşrut avtobusu idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Nəticədə işıq dirəyi aşıb və iki nəqliyyat vasitəsi zərər görüb”.