1xeber.media xəbər verir ki, Rusiya hökumətinin üzvləri ilə görüşdə Rusiya prezidenti Vladimir Putin Qara dənizdə mazutun dağılmasını son illərin ən ciddi ekoloji problemlərindən biri adlandırıb.
“Biz ekologiya ilə bağlı məsələlərdən birini nəzərdən qaçıra bilmərik. Söhbət Qara dənizdə tankerin qəzaya uğramasının və neftin dağılmasının nəticələrinin aradan qaldırılmasından gedir”.
Rusiya lideri Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovdan Kerç boğazında neft sızmasının nəticələrinin aradan qaldırılmasının gedişatı barədə məlumat verməsini istəyib.