Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birol Akgünü Ankaranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.
1xeber.media xəbər verir ki, dövlət başçısının qərarı “Rəsmi qəzet”də dərc olunub.
Diplomatın gələn ay Bakıya gələcəyi və fevraldan vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Qeyd edək ki, Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.