Cenevrədə Böyük Britaniya, Fransa, Almaniya və İran arasında nüvə problemi ilə bağlı qapalı danışıqlar başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə İranın İSNA xəbər agentliyi məlumat yayıb.
Danışıqlar bağlı qapılar arxasında gedir. Agentlik danışıqların konkret yeri və iştirakçıların sayını açıqlamayıb.
Bundan əvvəl agentlik Qərib-Abadiyə istinadla bildirib ki, yanvarın 13-də İran və bir sıra Qərb ölkələri arasında danışıqların yeni mərhələsi baş tutacaq. Mövzu kimi nüvə sazişinin bağlanması qeyd edilib.
Yanvarın 13-də İranın Rusiyadakı səfiri Kazem Cəlali Moskva ilə Tehran arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin təfərrüatlarını açıqlayıb və sənədin 47 maddədən ibarət olduğunu bildirib.