Ermənistan və ABŞ arasında tərəfdaşlıq digər dövlətlər və birliklər üçün təhlükəsizlik təhdidləri yaratmamalıdır.
1xeber.media xəbər verir ki, bunu yanvarın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib.
Onun sözlərinə görə, iki ölkə arasında strateji tərəfdaşlığın perspektivlərini qiymətləndirmək üçün müvafiq sənədlərlə tanış olmaq lazımdır. Tasmaqambetov qeyd edib ki, ABŞ-la belə ikitərəfli münasibətlərin qurulması Ermənistanın suveren hüququdur.
Bu arada KTMT-nin baş katibi News.ru nəşri ilə söhbətində vurğuladı ki, belə bir halda dövlətlər “bərabər və bölünməz təhlükəsizlik” prinsipinə əməl etməyə borcludurlar.