Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında atəşkəs razılaşması ilə bağlı yekun mübahisələr həll olunub.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
"İsrail və HƏMAS arasında atəşkəs razılaşmasına mane olan son fikir ayrılıqları aradan qaldırılıb", - agentlik rəsmilərdən birinə istinadən yazır.
Bununla belə, razılaşmanın təfərrüatları və ya həll olunan konkret ziddiyyətlər barədə məlumat verilməyib.
Bundan əvvəl israilli politoloq Simon Tsipis bildirmişdi ki, HƏMAS ilə atəşkəs razılaşması bir sıra israilli siyasətçilərin narazılığına səbəb olduğundan dağılma riski var. O qeyd edib ki, sövdələşmə Tel-Əvivin hipotetik olaraq radikal qruplaşmanın sıralarına qoşula biləcək çoxlu sayda fələstinlini azad etməsini nəzərdə tutur.