Böyük Britaniya Müdafiə Nazirliyi (MN) La-Manş boğazında Rusiyanın “Yantar” okeanoqrafik gəmisini izləmək üçün iki gəmi göndərib.
1xeber.media xəbər verir ki, bu barədə departamentin rəhbəri Con Hili parlamentin iclasında məlumat verib.
“Mən Kral Hərbi Dəniz Qüvvələrinin Nümayiş Qaydalarını dəyişdim ki, bizim döyüş gəmilərimiz Yantara yaxınlaşsın və onu daha yaxşı izləsin”, - deyə nazir bildirib.
O, Rusiya gəmisini izləmək üçün HMS Somerset freqatı və HMS Tyne dəniz patrul gəmisinin göndərildiyini qeyd edib. Müdafiə Nazirliyinin rəhbəri iddia edir ki, Yantar ikinci dəfədir ki, Britaniya sularına daxil olur. Daha sonra gəmini izləmək üçün sualtı qayıq göndərilib.