Müğənni Aysun İsmayılova ərindən ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
1xeber.media xəbər verir ki, o, bununla bağlı sosial media hesabında paylaşım edib:
"Ramil Vəliyev mənim övladımın atasıdır. Övladımın gələcəyi var. Ona görə də ailəmlə bağlı heç nə danışmaq istəmirəm. Susma haqqımı seçirəm! Əziz media nümayəndələri, sevənlərim, dostlarım, hər birinizdən xahiş edirəm ki, mənə ailəmlə bağlı sual ünvanlamayın. Heç kim həyatından, seçimindən, qərarından sığortalanmayıb. Allah nə yazıbsa, onu yaşayırıq".
Qeyd edək ki, bu gün müğənni Aysun İsmayılovanın vəkil həyat yoldaşı Ramil Vəliyevdən ayrılması ilə bağlı xəbərlər yayılıb.