2024-cü il mayın 20-də səlahiyyət müddəti başa çatan Ukrayna prezidenti Vladimir Zelenski ümid edir ki, Avropa və ABŞ münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlarda iştirak edəcək.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 25-də Reuters agentliyi məlumat yayıb.
“Danışıqların formatına gəlincə, həqiqətən ümid edirəm ki, Ukrayna, Amerika, Avropa və ruslar orada olacaqlar”, – agentlik Zelenski Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, onların hər hansı mühüm effekt verməsi üçün danışıqlarda Ukrayna da iştirak etməlidir. Eyni zamanda o, Avropanın danışıqlarda iştirakını həqiqətən istədiyinə işarə edərək, Ukraynanın Avropa Birliyinə üzv olacağını qeyd edib.