Qaraçay-Çərkəz Respublikasında (KÇR) Çerkesskdə keçirilən idman tədbirinin iştirakçıları Rusiya himninə məhəl qoymadıqlarına görə cəzalandırılıblar. 1xeber.media xəbər verir ki, bu barədə regional Daxili İşlər Nazirliyinin Telegram kanalında məlumat verilib.
6 nəfər inzibati məsuliyyətə cəlb edilib. Araşdırma zamanı məlum olub ki, onlar Rusiya himninin ifası zamanı qəsdən ayağa qalxmayıblar.
Qeyd olunur ki, qanun pozucuları ilə izahat söhbəti aparılıb. Onun hissələri nəşri müşayiət edən videoçarxda yer alıb.
Bundan əvvəl Kabardin-Balkarda himnin ifası zamanı ayağa qalxmayan sakinlər cərimələnib. Hadisə Nalçikdəki 33 nömrəli məktəbdə IX sinfi bitirmə şəhadətnamələrinin təqdim edilməsi mərasimi zamanı baş verib.