Tramp administrasiyasının Avropa İttifaqı (Aİ) başçılarına məhəl qoymaması Brüsseldə Avropa rəsmiləri üçün “soyuq duş” olub.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 27-də “Politico” qəzeti məlumat yayıb.
Nəşr xatırladıb ki, Amerika liderinin andiçmə mərasiminə Aİ-nin bir dənə də yüksək səviyyəli nümayəndəsi dəvət olunmayıb. Aİ-nin yeganə lideri İtaliyanın baş naziri Giorgia Meloni idi.
Bundan əlavə, Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın ABŞ dövlət katibi Marko Rubioya xarici işlər nazirlərinin görüşü üçün “açıq dəvət” göndərdiyi bildirilir. Politico-ya görə, bu, “qeyri-adi təklifdir”, lakin Rubio hələ də öz cavabını verməyib.