Supernova Industries ABŞ-ın müdafiə sənayesi bazasının gücləndirilməsinə yönəlmiş pilot proqram çərçivəsində döyüş sursatı da daxil olmaqla 3D çaplı hərbi komponentlər üzrə müqavilə qazanıb.
1xeber.media xəbər verir ki, bu barədə “Defence News” nəşri məlumat yayıb.
"Bizim texnologiyamız ənənəvi istehsal üsullarının dizayn məhdudiyyətlərini aradan qaldırmaq və bərk raket mühərrikləri (SRBM), partlayıcı maddələr və pirotexnika da daxil olmaqla yeni nəsil hərbi dərəcəli enerjili materiallar komponentlərini yaratmaq potensialına malikdir" dedi şirkətin təsisçisi və baş direktoru Rocer Antunes.