1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin yeni avtomobil modellərinə baxış keçirmək üçün Tolyattidəki AvtoVAZ zavoduna baş çəkib.
Agentliyin məlumatına görə, əraziyə səfər zamanı Rusiya zavodunun digər perspektivli modelləri kimi, istehsaldan əvvəlki LADA İskra avtomobilinə də baxış keçiriləcəyi gözlənilir.
Qrafikə əsasən, Putin zavodun işçiləri ilə də qısa söhbət etməyi planlaşdırır. Prezidentin iş qrafikinə pilotsuz uçuş sistemləri üzrə Samara Elmi-İstehsal Mərkəzinə səfəri də daxildir.