Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3000 manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail RPİ 41-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.