Paytaxtın Ziya Bünyadov və Heydər Əliyev prospektində yük avtomobillərinin iştirakı ilə iki qəza baş verib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol-nəqliyyat hadisələrinin baş verməməsi, tıxac və sıxlıqların yaranmaması üçün bir daha müraciət edir: İlk növbədə şəxsi avtomobildən istifadə etməməyə çalışın, əgər yola çıxmısınızsa, zəruri ara məsafəsi saxlayın, ötmə əməliyyatları və manevrlərdən çəkinin, sürət həddinə ciddi riayət edin.