Hazırda müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət hər bir istiqamətdə davam etdirilir. Yaşayış məntəqələrini birləşdiriən magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində yerindəcə operativ tədbirlər görülür.
1xeber.media xəbər verir ki köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.
Qarlı, şaxtalı havada hərəkət iştirakçılarına təhlükəsizlik məqsədilə zəruri ara məsafəsi saxlamaları, ötmə əməliyyatları və manevrlərdən çəkinmələri, eləcə də sürət həddinə ciddi riayət etmələri tövsiyə olunur.