1xeber.media DİN Mətbuat Xidmətinə istinadən xəbər verir ki,dekabrın 12-də gecə saatlarında Xətai rayonu ərazisində bir nəfərin kəsici alətlə hədələnərək 250 manatının talanması barədə polisə məlumat daxil olub.
Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı İ.Bağırov müəyyən olunaraq saxlanılıb.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.