"Neftçi"-nin gənc oyunçusu Murad Məmmədovun nənəsi Əfiqə Məmmədova:
"Gündə bir 70-80 kilometr yol gedib gəlmişik. 8 yaşından Murad məşqə gedəndən, həmişə onunla bir yerdə olmuşam. Onunla Tovuza da getmişəm, İmişliyə də getmişəm Sumqayıta da getmişəm. Onu Gürcüstana da yola salmışam. Oyunlarını da həmişə izləmişəm. Mən 61 ildir "Neftçi" azarkeşiyəm, mən öləndə də ruhum gəlib stadionun üzərində gəzəcək. Murada deməsinlər, Messi Ronaldo kimi oynayır, desinlər ki, Murad kimi oynayır. Hamı ona oxşasın".