1xeber.media 1business.media-nın instaqram səhəfəsinə istinadən xəbər verir ki, Azərbaycan banklarında Rusiya rublunun satış qiymətləri arasında ciddi fərq var, 100 rublun nağd satış qiyməti banklarda 2,0190-2,5000 manat arasında dəyişir.
Nağdsız satışda isə məzənnə bəzi banklarda daha yüksəkdir.
Nağd rubl almaq istəyənlər üçün ən yüksək qiymət Yelo Bankda – 2,50 manatdır. Ən aşağı qiymətlər isə Kapital Bank və Bank Respublika-da 2,0190 manat səviyyəsindədir. PAŞA Bankda 100 rubl 2,13 manat, Expressbankda 2,09 manat, Bank VTB-də 2,05 manatdır.
Nağdsız satışda mənzərə dəyişir. Kapital Bank 100 rublu 2,38 manata, ABB 2,32 manata, PAŞA Bank onlayn satışda 2,27 manata, TuranBank isə 2,20 manata satır. Bu göstəricilər nağdsız rublun bir sıra banklarda nağd rubl ilə müqayisədə daha baha olduğunu göstərir.
Ən böyük fərqlərdən biri Kapital Bankda görünür: nağd satış 2,0190 manat, nağdsız satış isə 2,38 manatdır. Fərq 100 rubl üzrə 36,1 qəpik təşkil edir. Yelo Bankda isə əksinə, nağd satış 2,50 manat olduğu halda nağdsız satış 2,19 manatdır.
Digər banklarda da qiymətlər eyni deyil. Expressbankda nağd rubl 2,09 manat, nağdsız rubl 2,17 manatdır. Bank of Baku-da bu göstəricilər müvafiq olaraq 2,03 və 2,13 manat, Rabitabankda 2,04 və 2,10 manatdır.
#banklar #valyuta #rubl
















