“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala üzərində hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra Bakı hava məkanından çıxmadan geri qayıdıb.
Səhər saatlarında Bakıdan Minvod istiqamətində uçan AZAL-a məxsus təyyarə dron hücumları səbəbindən geri qayıdıb.
Jurnalist Şakir Eminbəyli "Flightradar24" saytına istinadən məlumat yayıb.
Sözügedən sayt təyyarənin uçuş trayektoriyasının görüntülərini paylaşıb.