Üzeyir Hacıbəyovun və Məhəmməd Əminin səsləri klonlaşdırıldı
1xeber.media xəbər verir ki, rəqəmsal yaradıcılıq istedadına sahib olan Ravan Muradov özünün Instagram hesabında maraqlı paylaşım edib. Paylaşım mərhum bəstəkar, dramaturq Üzeyir Hacıbəyovun əziz xatirəsinə həsr olunub.
Ravan Muradov paylaşımında bunları qeyd edib:
"Üçboyalı Bayrağımız haqqında maraqlı bir hadisəni öz süni boyamla təsvir elədim, özü də Üzeyir Hacıbəyovun xatirələri əsasında... Qeyd edim ki, “bir kərə yüksələn bayraq” ifadəsi məhz bu hadisədən sonra dillərə düşüb! Videodakı səslər yazılı qeydlər əsasında Üzeyir Hacıbəyovun və Məhəmməd Əminin birbaşa öz səsləri klonlanaraq hazırlanıb.
“Əfəndilər” tezliklə..."
Həmin videonu təqdim edirik: