1xeber.media-nın "Unudulmaz ötən illər" i
Ömür gedir, insan yaşlandıqca ötən illəri xatırladan anıları yada salır. İsti baba-nənə ocağı, kəklikotu çayı və şirin-şirin edilən söhbətlər heç zaman unudulmayacaq.
O köhnə taxtalı, qapılı evdə,
Bir vaxtlar ən gözəl mənzərə vardı,
Girəndə qapıdan içəri evə,
O evdə bir baba, bir nənə vardı.
Gözəldi o çağlar, deyib-gülərdik,
Baba sevgisi ilə biz sevinərdik,
Nənə süfrəsində çörək yeyərdik,
Doymazdıq süfrənin şor-çörəyindən.
Video: Ramil Əliyev