1xeber.media xəbər verir ki, Azərbaycanın məşhur teleaparıcılarından biri olan Azər Qərib tam fərqli formatda Vyanada öz ad gününü qeyd edib.
Və bununla bağlı özünün facebook səhifəsində paylaşım edib. Həmin paylaşımı olduğu kimi təqdim edirik:
"İmkan olanda çalışıram doğum günümü xaricdə keçirim.
Ən çox yadda qalanlar var, məsələn Afina şəhərində 9 nəfər çəkiliş qrupu ilə şəhərin mərkəzində yeyib-içib Yallı getmişik, İtaliyada olub, İspaniyada olub, ABŞ-da olub və s.
Bir dəfə isə düm tək qeyd etmişəm ad günümü. Necə olmuşdu.
Deməli, Odessa şəhərində bir tədbirdə idim, iştirakçılar məni səhnədən təbrik etdilər ki, bəs sabah doğum gününüzdür, səhərisi isə uçmalıydım Vyanaya və oradan Bakıya.
Tranzit vaxtım isə çox böyük idi, 5-6 saat və verdim özümü şəhər mərkəzinə ki, özüm özümü təbrik edim Avstriyanın çöllərində.
O zaman bir çox uçuşlarım Vyanadan keçirdi və şəhəri kifayət qədər yaxşı tanıyırdım.
Aeroportdan çıxan kimi getdim Körtner Ştrasse küçəsinə, mərkəzi piyada küçəsidir Vyananın və orada hər tində böyük köşklər quraşdırılıb, fast fud satırlar, özüdə əksərində Türklər çalışır.
Bir pors kolbasa götürdüm, bir pors duzlu xiyar, pivə, ketçup-metçup və satıcı ilə öz dilimzdə mırtlaşa-mırtlaşa qey etdim doğum günümü, ləzzət elədi.
Bu dəfə Vyanada olanda həmin yerə gedib nostalji hisslər yaşadım, 15 il əvvələ döndüm sankı"