Nəsillər arasında olan bir çox fərq onların seçiminə, baş verən proseslərə yanaşmasında özünü göstərir. Bu səbəbdən nəsillər bir-birini qəbul etmək istəmir və aralarında böhranlar yaranır.
Bu böhranların yaranmasının əsas səbəblərindən biri də, fərqli nəsillərin siyasətə olan yanaşması ilə əlaqəlidir. Belə ki, siyasi görüşləri artıq tam formalaşan “Z” nəsli astrologiyaya ən maraqlı toplum olduqlarından bu inanc onların siyasi düşüncələrinin formalaşmasından da yan keçməyib.
Maraqlıdır, Azərbaycanda siyasətçilər - məmurlar hansı bürcdəndir? Modern.az-ın əməkdaşı bu dəfə nazirlərin bürclərini araşdırıb. Siyahını təqdim edirik.
Baş naziri Əli Əsədov - Oxatan
Daxili işlər naziri Vilayət Eyvazov – Xərçəng
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev – Tərəzi
Elm və təhsil naziri Emin Əmrullayev - Oğlaq
Energetika naziri Pərviz Şahbazov - Oxatan
Ədliyyə naziri Fərid Əhmədov – Xərçəng
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov – Xərçəng
Gənclər və idman naziri Fərid Qayıbov - Buğa
Xarici işlər naziri Ceyhun Bayramov – Xərçəng
İqtisadiyyat naziri Mikayıl Cabbarov – Qız
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov – Qız
Mədəniyyət naziri Adil Kərimli – Tərəzi
Müdafiə naziri Zakir Həsənov - Əkizlər
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev - Qız
Səhiyyə naziri Teymur Musayev – Qız
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova - Balıqlar
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov – Xərçəng
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov - Dolça
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov - Oğlaq
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov - Oğlaq
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev - Oğlaq
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev – Xərçəng
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli – Əkizlər
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov – Balıqlar
Beləliklə, Xərçəng bürcü altında doğulan nazirlər daha çoxdur. Qoç, Şir və Əqrəb bürcündə doğulan nazirimiz isə yoxdur.