8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur
8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur.
1xeber.media xəbər verir ki, parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir.Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq.
[media=https://www.instagram.com/reel/DCEoKQPtbEj/?igsh=cjcydHl4Yzg5dXUz]