Yüz min versələr də onunla verilişə çıxmaram - Onları bir araya gətirmək üçün pul verirlər
Müğənni Vəfa Şərifova qalmaqal yaşadığı Şəbnəm Tovuzlu ilə efirə çıxmaq üçün ona pul təklif edildiyini deyib.
"Günə bax" proqramında qonaq olan sənətçi təklifi aparıcı Zaur Nəbioğlundan aldığını deyib.
"Zaur mənə dedi ki, 10 min manat verirəm Şəbnəmlə efirə çıx. Razılaşmadım. Bu, əvvəlcədən olan hadisə idi" deyə, Vəfa bildirib.
O, Şəbnəmin "50 min versələr də Vəfa ilə efirə çıxmaram" sözlərinə reaksiya verərək "Yəqin söhbət buradan qaynaqlanıb" sözlərini əlavə edib.
Qeyd edək ki, Şəbnəm "Rəngarəng" verilişinə zəng edərək "50 min, oğlum Əlinin canına 100 min də versəniz onunla efirə çıxmaram" sözlərini deyib. / Axsam.az