Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Hacıyev Facebook sosial şəbəkə hesabında paylaşım edib.
1xeber.media paylaşımı təqdim edir:
Heç kim yolda qalmasın, heç kim çətinliklə üzləşməsin.
Bu məqsədlə DİN tərəfindən hava şəraiti ilə əlaqədar respublikamızın dağlıq və meşə yollarına, aşırımlara əlavə polis naryadları — Yol Patrul, Post Patrul xidmətinin əməkdaşları cəlb edilib.