Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin həbsinə tanınmış vəkil Aslan İsmayılov da susqun qalmayıb.
Vəkil Facebook səhifəsində status paylaşaraq Mehdiyevlə əlbir olanlara sanki bir mesaj göndərib.
1xeber.media sözügedən paylaşımı təqdim edir:
Əminəm ki, bu gecə ölkədə pul, vəzifə sahiblərinin yarısı yatmayıb. Xüsusilə Prezident Administrasiyasında, İcra hakimiyyətlərində, Nazirlər Kabinetində, Milli Məclisdə, Milli Orduda və Təhlükəsizlik Şurasında. Şübhəm yoxdur ki, tam siyahı DTX-da artıq hazırdır.