Xəbər verdiyimiz kimi, bu gün FHN işçilərinin peşə bayramıdır.İqtisadiyyat naziri Mikayıl Cabbarov Fövqəladə Hallar Nazirliyinin (FHN) işçilərini peşə bayramı münasibətilə təbrik edib.
1xeber.media xəbər verir ki, o bu barədə özünün "X" hesabında məlumat verib:
Paylaşımı təqdim edirik:
"Cəsarət, fədakarlıq və çeviklik tələb edən fəaliyyətiniz cəmiyyətimiz və dövlətimiz üçün mühüm əhəmiyyət daşıyır. Qurumun təmsilçilərinə işlərində uğurlar arzulayırıq".