Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.
Bu barədə 1xeber.media Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Şıxlinski dindirildikdən sonra azad edilib.
Qeyd edək ki, ötən gün Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılmışdı.Onun 24 il öncə baş verən qətlə görə şahid qismində ifadə vermək üçün saxlanıldığı açıqlanmışdı.