Bir neçə gün əvvəl sosial şəbəkələrdə deputat Razı Nurullayevlə bağlı video materiallar yayımlandı. Bir neçə kənd sakini video müraciət edərək bildirdilər ki, Razı Nurullayev İmişli rayon Nurlu kənd sakinlərinə məxsus örüş yerlərini zəbt edərək orada yüngül konstruksiyalı materiallarla mal bazarı tikdirir. Və həmin ərazilər örüş yeri kimi Razı Nurullayevin köməkçisi Vüqar Süleymanovun atasının adına 20 illik icarə müqaviləsi üzrə verilib.
Mövzuya daha ətraflı isə Ajans.az saytının rəhbəri Tural Müseyibov yanaşdı. Onun video müraciəti isə məsələnin nə dərəcədə həssas olduğunu gündəmə gətirdi.
Həmin videonu aşağıdakı linkdən izləyə bilərsiniz: