Sosial şəbəkələrin gündəmindən düşməyən, artıq xroniki bir patologiyaya çevrilən o dəhşətli xəstəxana dəhlizləri bu gün Azərbaycan səhiyyəsinin sadəcə təsadüfi bir görüntüsü deyil. Bu mənzərə, əslində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in Abşeron “sınağından” necə rüsvayçı şəkildə kəsildiyinin rəsmi sənədi, idarəetmə sükanının boşa fırlandığının vizual sübutudur. Abşeron Tibb Mərkəzi artıq bir müalicə müəssisəsi, bir şəfa ocağı olmaqdan tamamilə çıxıb; bura insanların həm fiziki dözümünün, həm də insani ləyaqətinin amansızcasına sınağa çəkildiyi nəhəng bir “quyruq laboratoriyası”na çevrilib. Səhərin alaqaranlığından etibarən qapı ağzında yığılan, havasızlıqdan və əsəb gərginliyindən boğulan kütlə müasir səhiyyənin rəqəmsallaşma, “vətəndaş məmnuniyyəti” və “əlçatan tibb” haqqındakı pafoslu çıxışlarının nə qədər boş, mənasız və reallıqdan uzaq olduğunu bütün çılpaqlığı ilə ortaya qoyur
Ətraflı sujetdə:

















