Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi azadlığa buraxılıb.
Dəmirçi 8 milyon manatlıq ziyanı tam ödəyib.
Belə ki, dəymiş ziyan tam ödənildiyi üçün Baş Prokurorluq qətimkan tədbirinin ləğvi üçün təqdimat verib. Nərimanov Rayon Məhkəməsi təqdimatı təmin edib. Qafar Dəmirçi və işçiləri sərbəst buraxılıblar.