Ötən gün Bakı Metropoliteni QSC-nin rəhbəri Zaur Hüseynov vəzifədən azad edilib.
2014-cü ildən metropolitenə rəhbərlik edən Zaur Hüseynovun vəzifədən azad edilməsinin səbəbləri sırasında metroda işin düzgün təşkil edilməməsi, qatarlar arasında intervalın artması, metroda ciddi sıxlığın yaranması və s. göstərilir.