Film Azərbaycan xalqının dövlətçilik tarixində müstəsna rol oynamış Azərbaycan Nadir Əfşar dövlətinin 288,bu dövlətin banisi Nadir Əfşarın 336 ildönümünə,habelə Azərbaycan respublikasının müstəqilliyinin bərpasının,Vahid Azərbaycan və Türk birliyi naminə mücadilənin şanlı iştirakçılarının şərəfinə ithaf olunur.
Filmdə tam tənəzzül ərəfəsində olan Səfəvilər dövlətinin işğal nəticəsində itirilmiş ərazilərinin Nadir Əfşarın hərbi istedadı sayəsində geri qaytarılmasından, həmin ərazilər üzərində Nadirin hakimiyyətini təsbit edən 1736- cı il Muğan - Suqovuşan qurultayından,Hindistanın Nadir tərəfindən fəth olunmasından,Türküstanın, Şimali Qafqazın,İrakın,Şərqi Anadolunun ələ keçirilməsindən,Osmanlı dövləti ilə sülh sazişlərindən,İslam dünyasında məzhəb qovğasını aradan qaldırmaq üçün tolerant ruhani mühitin yaradılmasına göstərilən sürəkli səylərdən,Nadirin məğlubiyyət tanımayan çoxsaylı döyüşlərindən bəhs edilir. Həmçinin filmdə ilk dəfə olaraq Nadirin qətlə yetirilməsinin xarici amilləri nəzərdən keçirilərək ,bu işdə Avropa emissarlarının rolu faktiki materiallara istinad edilməklə məntiqi ardıcıllıqla təqdim olunur. Nadir şah haqqında böyük sərkərdə və tarixçilərin fikirləri,onun şəcərəsi,Nadir şahın qətlə yetirilməsi ilə Azərbaycan geopolitikasında çoxsaylı xanlıqların yaranmasının doğurduğu acınacaqlı pərakəndəçilik öz canlı əksini tapır. Daha sonra Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, dövlətçilik atributlarının möhkəmlənməsi və nəhayət Türk Dövlətlər Birliyinə aparan yolun dönməz xarakter alması prosesinin izlənməsi filmin finalına xüsusi bir nikbin rəng verir.
Rejissor Elnurə Valeh
Senari Zərnişan İnqilab
İdeya rəhbəri Cahangir Hüseyn Əfşar.