1xeber.media xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450,07 min dollar dəyərində məhsul ixrac olunub.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, sözügedən dövrdə Ermənistana ixrac Azərbaycanın ümumi ixracının 0,1 faizini təşkil edib.
Hesabat dövründə Azərbaycan Ermənistandan da məhsul idxal edib. Belə ki, doqquz ay ərzində Ermənistandan Azərbaycana 96,5 min dollar dəyərində mal gətirilib.















