1990-cı illərdə mərhum Prezident Heydər Əliyevin tərcüməçisi olmuş Rauf Hüseynovu çoxları xatırlayır.
Xarici Dillər Universitetinin məzunu olan R.Hüseynov Prezidentin mühüm xarici səfərlərində onu müşayiət edib.
Heydər Əliyevin məşhur tərüməçisi Rauf Hüseynov hazırda bizneslə məşğuldur. Onun yaxınlarının verdiyi məlumata görə, işi ilə bağlı Türkiyə, Britaniya və ABŞ-da olur. Azərbaycanda yaşamır, amma işləri ilə bağlı ildə bir neçə dəfə Bakıya gəlir. Onun Bakıda otel biznesinin olduğu vurğulanır.