Bakıda ağır yol qəzası baş verib.Sədərək-Xocasən yolunda BMV markalı minik avtomobili MAN markalı yük maşını ilə toqquşub.İlkin məlumata görə hadisəyə səbəb BMV markalı avtomobilin qoşa xəttin tələbini pozması və yük maşınının yoluna çıxması olub.
Məlumata görə BMV-nin sürücüsü və maşında olan onun həyat yoldaşı hadisə yerində həlak olub.Digər maşında olan sərnişinlər biri uşaq olmaqla ağır yaralanaraq xəstəxanaya çatdırılıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.