Məktəbdə yas mərasimi üçün sintezator pulu yığılıb? - İDDİA
Bir neçə gün əvvəl sosial şəbəkələrdə Goranboy rayon Zeyvə kənd tam orta məktəbin direktoru Lamiyə Abışovaya aid olduğu deyilən səs yazısı yayılıb.
Səs yazısında adambaşına 30 manat məbləğində pul yığılmasından söhbət gedir.
Məsələ ilə bağlı açıqlama yayan Goranboy-Naftalan Təhsil İdarəsi bildirib ki, məktəbdə pul yığılması faktı olub, lakin müəllimlər məktəbin direktoru Ceyhun müəllimin yaxın qohumunun yasına kömək məqsədi ilə həmin pulu yığırmışlar.
Gencexeber.az bildirir ki, sosial şəbəkələrdə sözügedən 30 manatın yığılmasını əks etdirdiyi iddia olunan siyahı paylaşılıb.
Həmin siyahıda dekor, fotoqraf, videoqraf və sintezator üçün nəzərdə tutulmuş məbləğlər qeyd edilib.
Maraqlıdır, yas mərasimi üçün niyə dekor və ya sintezator pulu yığılsın?
Ya yas mərasimlərinin təşkili dəyişilib, ya da pul başqa tədbir üçün yığılıb.
Məsələ ilə bağlı Goranboy-Naftalan Təhsil İdarəsinə sorğu ünvanlasaq da, cavab verilməyib.