Füzuli rayonunda 44 günlük Vətən müharibəsi qazisinin səsləndirdiyi iddialar gündəm olub.
Rayon sakini, qazi Quliyev Şahin Famiq oğlu Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyini qanunsuzluqda ittiham edib.
Qazinin sözlərinə görə, o, şəxsi vəsaiti hesabına inşa etdiyi obyektin sökülməsi ilə üzləşib. Qazi iddia edir ki, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yalnız “pul verənlərə” obyekt tikintisinə icazə verir, lakin o, rüşvət vermədiyi üçün inşaat işləri dayandırılıb və tikili sökülüb.