“Şazeli Baku” restoranının Fəvvarələr Meydanı filialında ciddi antisanitar vəziyyət müşahidə olunur. Keçmiş işçilərdən birinin qaynar xəttimizə təqdim etdiyi görüntülər restoranın mətbəxindəki acınacaqlı şəraiti ortaya qoyur.
Görüntülərdə açıq şəkildə görünür ki, işçilər sanitariya qaydalarına əməl etmədən – əlcəksiz şəkildə fəaliyyət göstərirlər. İddialara görə, istifadə olunan məhsulların üzərində nə istifadə tarixi, nə də son istifadə müddəti qeyd olunub. Mətbəxdəki sobaların isə təxminən 1 aydır təmizlənmədiyi bildirilir.
Bundan əlavə, mətbəx daxilində həşaratlara rast gəlinib, zibillərin uzun müddətdir atılmadığı və hətta mətbəxdə qəlyan hazırlanaraq müştərilərə verildiyi iddia olunur.