20-yə yaxın dövlət qurumundan sənəd alınıb, İcra Hakimiyyəti istismara qəbul aktını təsdiqləyib, amma bir ildir çıxarış verilmir... İmişlidə 200-ə yaxın ticarətçinin çalışdığı bazarda yaranan "koordinat uyğunsuzluğu" sahibkarları güzəştli kredit və sığortadan məhrum edib. Çıxılmaz vəziyyətdə qalan ticarətçilər lombardların ümidinə qalıb.
















