Həmkarlar ittifaqları turizm şirkətlərindən fərqlənmir və yalnız putyovka alveri ilə məşğuldur. Milyonlarla insan əməkhaqqından pul ödəyir, amma onların istirahət hüququ təmin olunmur
Həmkarlar təşkilatlarından şikayətlər və narazılıqlar artır. Xüsusən də, sanatoriyalara və istirahət mərkəzlərinə göndərişlərin verilməsi məsələsində şəffaflıq və ədalətlilik prinsipinin pozulması ilə bağlı şikayətlər daha çoxdur.
Ümumiyyətlə, həmkarlar təşkilatları işçilərin əmək hüquqları, iş şəraiti və sair bu kimi hüquqlarını qorumalı olan bir struktur olmasına baxmayaraq ölkəmizdə bu sahədə olan problemlərin həllində bu təşkilatların ciddi təsiri yoxdur.