Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə görüşə AZAL-ın təyyarə qəzası ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.
1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Əliyevlə söhbətində Putin Rusiya səmasında AZAL təyyarəsinin iştirakı ilə baş vermiş faciəyə görə üzr istəməsini xatırladıb. O, Əliyevlə görüşdə AZAL-ın təyyarə qəzasında həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib”, - məlumatda deyilib.
Qeyd edək ki,Əliyev və Putin bu gün Düşənbədə görüşüb.