Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Bakupost TV”-də müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin növbəti buraxılığında son günlər geniş əks-səda doğuran mövzuya – Ramiz Mehdiyevin məhkəmə qərarı ilə ev dustağı edilməsinə toxunub.
S.Rüstəmxanlı son günlər müraciətlər olsa da, mətbuata R.Mehdiyevlə bağlı açıqlamalar vermədiyini, bununla belə, bəzi həqiqətlərin deyilməli olduğunu vurğulayıb. O, verilişdə R.Mehdiyevlə məmurların malik olduqları sərvət barədə maraqlı dialoqu, eləcə də onun AXC hakimiyyəti zamanı üzləşdiyi durumdan da danışıb:
Bir dəfə Ramiz Mehdiyevlə Axundov bağında rastlaşdıq. Salamlaşdıq, məni qucaqladı. Mən də soruşdum, necəsiniz? Dedi ki, pisəm. Səbəbini soruşdum. Qayıtdı ki, acından ölürük…